"Barselonanın sabiq futbolçusu Erik Abidala köçürülən qara ciyərin "qara bazardan əldə edildiyi ilə bağlı iddia yayılıb.

Unikal.org xəbər verir ki, "Barselonanın sabiq prezidenti Sandro Rossel bu məsələdə ittiham olunur. Mətbuatda yayılan bu iddiaya klub və futbolçu münasibət bildirib. "Barsanın məsələ ilə bağlı yaydığı açıqlamada deyilir:

"Erik Abidala orqan köçürülməsi ilə bağlı yayılan məlumat tamamilə əsassızıdı. Bu məlumatı Abidal da, Barselonadakı klinika da təkzib edir.

Erika Abidal özü də "tvitterdə yazdığı statusda məsələyə belə münasibət bildirib:

"Mənə köçürülən qara ciyərin "qara bazardan əldə edilməsi ilə bağlı yayılan məlumata münasibət bildirmək məcburiyyətindəyəm. Mənim donorum əmim oğlu Jerar olub.

Məhz o, qara ciyərinin bir hissəsini verərək, həyatımı xilas edib. Buna görə ona həmişə minnətdar olacam. Bütün tibbi sənədlərdə bunlar hamısı qeyd olunub.

Abidala qara ciyər 2011-ci ildə köçürülüb. O, hazırda "Barselonada texniki katib vəzifəsində çalışır.