Hindistanlı milyarder 3 min 500 nəfər işçisini mükafatlandırmaq üçün İstanbula tətilə göndərir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 12 milyard dollar sərvəti olan iş adamı bir həftəlik istirahət üçün 10 milyon dollar büdcə ayırıb.

Bunun üçün İstanbulun ən lüks 10 oteli kirayələyib. Adının açıqlanmasını istəməyən milyarder işçilərinə Türkiyədə xərcləmək üçün 1 milyon dollar pul da verib. 20 fərqli ölkədən İstanbula uçacaq işçilər tarixi yerlərlə tanış olacaq, Boğazda xüsusi gəmilərdə səyahət edəcək.Qonaqlar  türk mətbəxinin təamlarını dadacaqlar.