Mexikoda cümə axşamı pirotexnika istehsalı emalatxanasında baş verən partlayış nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb, azı 31 yaralı var.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, bu barədə regionun rəhbərliyinə istinadən "Televisa" telekanalı məlumat yayıb.

Meksikanın Tultepek şəhərində iki partlayış olub. İkinci partlayış "təcili yardım", polis və yanğın xidməti əməkdaşları hadisə yerində zərərçəkənlərə köməklik göstərən zaman baş verib. Ölənlər arasında yanğınsöndürən və polis əməkdaşları var.