Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Mingəçevir şəhərindəki istilik elektrik stansiyasında baş vermiş qəzaya münasibət bildirib.

Unikal.org "Sputnik"ə istinadən xəbər verir ki, o, iyulun 5-də keçirilən ənənəvi brifinq zamanı Rusiyanın Azərbaycana köməyindən danışıb.

"Azərbaycana elektrik enerjisi tədarükünün təmin edilməsində Rusiyanın "İnter RAO" şirkətinin əhəmiyyətli yardım göstərdiyini qeyd etmək istərdim. Azərbaycan mediasının yazdığına görə, o, özünü ən yaxşı tərəfdən göstərib və bunu, həmçinin Prezident İlham Əliyev də vurğulayıb. O, ölkənin enerji sistemində baş verən vəziyyətlə əlaqədar göstərilən köməkliyə görə Rusiya və Gürcüstana minnətdarlığını bildirib", - deyə Zaxarova söyləyib.