SON XƏBƏRLƏR
20 Sentyabr 2018
19 Sentyabr 2018
Siyavuş Novruzov Elmar Vəliyevdən DANIŞDI: "Kasıba, kimsəsizə həmişə əl tutub"
SİYASƏT 13:21 / 06.07.2018
Mən Elmar Vəliyevə şəfa diləyirəm. O, ailəni çox gözəl tanıyıram. Vəliyevlər ailəsi, bütün qardaşlar vətəninə, xalqına bağlı olan şəxslərdir, ən çətin günlərdə, ən çətin anlarda Vətən uğrunda mübarizə aparıblar, ön cəbhədə olub, əsgərlərə yardım ediblər. Özü də onlar hamısı hərbi rütbə daşıyan insanlardır.

Unikal.org xəbər verir ki, YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu fikirləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə bağlı musavat.com-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, hakim partiyanın qurulmasında E.Vəliyev yaxından iştirak edib: "Mənim yaxşı yadımdadır ki, Elmar Vəliyevlə o zonada YAP-ın yaradılması işində birlikdə fəaliyyət göstərmişik. Yəni hər şeyin tarixi var, bu məsələlər yeni ortaya çıxmayıb. Böyük qardaşları hələ Şəmkirdə işlədiyi dövrdə, ən çətin vaxtlarda, hansı ki, heç nə çatışmırdı, öz şəxsi, ailə büdcələrindən hərbiyə yardımlar edib. Həmçinin digər qardaşlar da eləcə... Elmar Vəliyevin özü Yevlax gömrüyünün rəisi idi. O dövrdə mütəmadi olaraq Tərtərdən başlamış, Bərdəyə qədər cəbhə bölgələrinə gedirdi. O zaman yaralıların müalicəsində, ən əsası dövlətçiliyin qorunub-saxlanmasında çox böyük işlər görüb. Həmçinin bu ailə nəsillikcə dövlət çevrilişinin həmin bölgədə qarşısının alınmasında aktiv olub".

E.Vəliyevin kimlərisə təhqir etməsi barədə səslənən fikirlərə gəldikdə, S.Novruzov bunu təkzib etdi: "Mən neçə illərdir onu tanıyıram, biz uzun müddətdir, 28 ilə yaxındır dostuq. Bu vaxta qədər o adam kimisə təhqir etməyib və kiminləsə təhqirlə danışmayıb. Əksinə, kasıba, kimsəsizə, zəhmətkeş insanlara həmişə əl tutub, kömək edib".

YAP funksioneri deyib ki, icra başçısı ilə hələ danışa bilməyib: "Əlaqə saxlamağa çalışmışam. İndi bilirsiniz də, vəziyyət elədir ki...Hələ özü ilə danışa bilməmişəm".

E.Vəliyevin vəziyyətinin necə olduğunu, yaxud harada müalicə olunduğunu soruşduqda, S.Novruzov bildirdi ki, bu haqda bir söz deyə bilməz.