Abşeronda velosiped sürən yeniyetməni maşın vurub.

Unikal.org APA-ya istinadən məlumatına görə, hadisə bir neçə gün əvvəl Saray qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Rəşad Rzayev idarə etdiyi "Volkswagen Touareg markalı, 10 TK 223 dövlət nömrə nişanlı maşınla velosiped sürən 2003-cü il təvəllüdlü Cavid Mustafayevi vurub. Nəticədə C. Mustafayev iyulun 5-də xəstəxanada ölüb.


Faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.