İstanbulda şəriki 33 yaşlı Cemil Şanlını öldürən Okan Alçıtepe ilk dəfə hakim qarşısına çıxıb.

Unikal.org Türkiyə mediasına istinadən xəbr verir ki, İstanbıl Ağır Cinayətlər Məhkəməsində Okan bildirib ki, 2014-cü ildə oğlu dünyaya gəlib. Onun sözlərinə görə, bir müddət sonra oğlunun ona oxşamadığını görüb və DNT analizi verib. Hər şey bundan sonra ortaya çıxıb. Okan uşağın başqasından olduğunu öyrənib. 

Okan bildirir ki, həyat yoldaşı E.A. Cemil Şanlının ona dərman verərək, təcavüz etdiyini etiraf edib.

Bundan sonra o ailəsi ilə birlikdə başqa şəhərə köçüb. Bir müddət sonra Okanla Cemil yenidən  qarşılaşıb. Bu zaman Cemilin "Sən burada nə edirsən? sualından sonra tərəflər arasında dava düşüb. Əsəblərini cilovlaya bilməyən Okan üzərindəki silahla Cemilə 3-4 dəfə atəş açıb.

Hakimlər qərarın növbəti prosesdə açıqlanacağını bildiriblər.