"Azərbaycanla əlaqələn yüksək səviyyədədir və bu əlaqələr daha da inkişaf edəcək".

Unikal.org-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan bunu bu gün sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlamentdə qrup toplantısında bildirib. İyunun 24-də növbədənkənar prezident seçkilərində yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərinin Azərbaycana olacağını təsdiqləyib.

R. T. Ərdoğan deyib ki, ənənə davam etdiriləcək, iyulun 10-da Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək.