Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib.  

Unikal.org  APA-ya istinadən xəbər verir ki, yanğınlar günorta saatlarından başlayaraq Baş Qərvənd kəndi ərazisində müşahidə olunur.

Erməni hərbiçilərinin Qərvənd kəndində törətdiyi yanğın  neytral ərazilərə yayılıb. Hazırda yanğın cəbhə xəttinə yaxın Mirəşelli, Çıraxlı , Əhmədağalı kəndindən aydın görunür.