Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı Levon Sarqsyan və qızı Ani barədə axtarış elan edilib.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"Məhkəmənin qərarı ilə Levon Sarqsyan barəsində həbs qətimkan tədbiri seçilib və Ani Sarqsyan və onun qardaşı Narekdən başqa yerə getməmək haqqında iltizam alınıb. Levon və Ani Sarqsyan barəsində axtarış elan olunub", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Levon Sarqsyan və qızı Ani qanunsuz varlanmaqda və gəlir bəyannaməsində yayınmaqda ittiham edilirlər.

İyunun 29-da Ermənistanın Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsi Narek Sarqsyanın evində axtarış aparıb. Nəticədə müstəntiqlər Levon və Ani Sarqsyanın adına olan 6,8 milyon dollarlıq bank əmanətlərinə dair sənədləri tapıblar.