SON XƏBƏRLƏR
23 Sentyabr 2018
22 Sentyabr 2018
Mәnsimov Türkiyәyә onunla görüşmәyә gedәn lәnkәranlını qapısından qovdurdu - FOTOLAR
CƏMİYYƏT 19:26 / 07.07.2018
Sosial mediyadan xeyiriyyәçi, imkansızlara әl tutan iş adamı kimi tanıdığımız Mübariz Mәnsimov bu dәfә ondan kömәk istәyәni әli boş yola salıb.

Unikal.org-a müraciət edən Samin Səfərov adlı Lənkəran rayon sakini məlumat verib.Lənkəranlı gənc başına gələn hadisəni belə qeyd edib:

" Mübariz Mәnsimovun hansısa müsahibәsini izlәmişdim orda deyirdi ki, "Bu günә kimi qapıma gәlәn heç kimi әliboş geri göndәrmәmişәm" mәn dә həmin müsahibəni  görər-görmәz borc xәrc edib, yollandım İstanbula. Düşünürdüm ki, Mübariz müəllim mәni qәbul edәr problemimlә maraqlanar, bir Lәnkәranlı olaraq әl tutacağını fikirlәşirdim. Mübariz bəyin  şirkətini tapdım vә ora yaxınlaşdım. Mәni içәriyә buraxmadılar. Dedilәr ki, faks  göndәrmәlisiz, e-poçt vә ya yazılı әrizә göndәrmәlisiz. Onların hamısını etdim yenә qәbul etmәdilәr. Sonda şirkәtin tәhlükәsizlik әmәkdaşları mәni ordan qovdular. Dedilər ki, Mübariz Mənsimovun o qədər boş zamanı yoxdur ki, kimisə qəbul edib, hər gələnin problemi ilə maraqlansın.Böyük peşmançılıq hissi ilә geri qayıtdım."