Şəmkirdə meşə massivinə yaxın ərazidə güclü yanğın baş verib. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, yanğın rayonun Şiştəpə kəndindən başlayaraq Şəmkir -Gədəbəy avtomobil yolunun Yasamal aşırımına kimi ərazini əhatə edib.

FHN-in Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, ərazidə quru ot və kol-kos yanır.Alovun yaxınlıqdakı meşə massivinə keçməməsi üçün Tovuz, Gədəbəy və Şəmkirdən də yanğınsöndürmə briqadaları cəlb olunub.