Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Unikal.org xəbər verir ki, Samaradakı eyniadlı arenada İsveç və İngiltərə yığmaları qarşılaşıb. Görüş britaniyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 30-cu dəqiqədə Hari Magire açıb. 59-cu dəqiqədə isə Dele Alli oyunda son nöqtəni qoyub.

Beləliklə, İngiltərə millisi 28 ildən sonra adını mundialın yarımfinalına yazdırıb. Qaret Sautgeytin baş məşqçi olduğu komandanın növbəti rəqibi Rusiya və Xorvatiya yığmaları arasında keçiriləcək son 1/4 final matçının qalibi olacaq. Bu gün Soçidəki "Fişt" stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Digər yarımfinal oyununda isə Fransa və Belçika milliləri üz-üzə gələcək.