Türkiyəli futbolçu Mesut Özil sevgilisi Amine Gülşe üçün 15 milyon türk lirəsi dəyərində hədiyyə alıb.

Unikal.org  xarici KİV-ə istinadən məlumat verir ki, cütlük toy hazırlıqlarına başlayıb. Mesut bu münasibətlə sevgilisinə yeni mənzil alıb. Xəbərə görə, ev Çubuklu ərazisində yerləşir. Toydan sonra başqa ölkədə yaşamağı planlaşdıran Mesut Aminenin film çəkilişləri olduğu zaman yeni mənzillərinə gələcəklərini bildirib.