Saatlıda yük maşını qəza törədib. 

Unikal.org  APA-ya istinadən xəbər verir ki, "Mercedes markalı 99 NR 306 dövlət nömrə nişanlı yük avtomobili yolu keçən Əlisoltanlı kənd sakini 1985-ci il təvəllüdlü Qasımov Elçin Bahadur oğlunu vurub.Piyada ağır kəllə-beyin travması ilə Saatlı Rayon Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.