Futbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Unikal.org Report-a istinadən xəbər verir ki, ev sahibi Rusiya ilə Xorvatiya yığması ilə qarşılaşıb.

Soçidə "Fişt" stadionunda baş tutan qarşıdurmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatdığından oyun əlavə vaxtda davam edib. Lakin əlavə vaxt da 2:2 hesablı bərabərliklə yekunlaşdığından qalibi penaltilər seriyası ilə müəyyən etmək lazım gəlib.Penaltilər seriyasında Xorvatiya yığması rəqibini məğlub edərək yarımfinala çıxıb.