Tovuz sakinini avtomobil vuraraq öldürüb.

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə rayonunu Ağdam kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini 1973-cü il təvəllüdlü Hacıyev İsmixan İdoş oğlu ehtiyatsızlıq nəticəsində arxaya hərəkətdə olan yük avtomobilinin altında qalıb. İ. Hacıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***
Tovuz rayon Ağdam kənd sakini Hacıyev İsmixan İdoş oğlunun ölümünün təfərrüatı məlum olub.

Ağdam kəndində Tovuz çayında ot yüklü "Zil" markalı yük maşını batıb.

İ. Hacıyev də yük maşınının çaydan çıxmasına kömək edib. Bu zaman anidən yük maşını hərəkət edib və İ. Hacıyev yük maşınının təkərləri altında qalıb. İ. Hacıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.