Bu gün Göygöldə iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndindən keçən hissəsində baş verib.

"VAZ 2107" və "VAZ 21015" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Hazırda yaralılar xəstəxanaya aparılır.

Faktla bağlı araşdırma aparılır.