"Qəbələnin Avropa Liqasının I təsnifat mərhələsi üçün heyəti müəyyənləşib.

Unikal.org klubun saytına istinadən məlumatına görə, "qırmızı-qaralar Lüksemburqun "Proqres klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib.Quruma göndərilən A vərəqində 18 futbolçu yer alıb.

Qapıçılar: 22. Dmitri Bezotosnı, 30. Aqil Məmmədov


Müdafiəçilər: 34. Ürfan Abbasov, 18. İlqar Qurbanov, 33. Təmkin Xəlilzadə, 27. Bəhlul Mustafazadə, 5. Rasim Ramaldanov, 3. Vojislav Stankoviç

Yarımmüdafiəçilər: 8. Qismət Alıyev, 21. Lalavele Atakora, 14. Cavid Hüseynov, 7. Roman Hüseynov, 4. Elvin Camalov, 88. Sabien Lilay, 11. Asif Məmmədov

Hücumçular: 28. Stiven Cosef-Monroz, 10. Rauf Əliyev, 17. Ceyms Adeniyi.

Qeyd edək ki, "Qəbələ ilə "Proqres arasında ilk oyun iyulun 12-də, cavab matçı iyulun 19-da baş tutacaq. Təmsilçimiz ilk matçı Qəbələdə keçirəcək.