"Arsenalın və "Qalatasarayın sabiq futbolçusu Emmanuel Ebue həbs edilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, futbolçu iyunun 30-da Londonda saxlanılıb. O, yaşayış evinin yandırılmasında şübhəli bilinir.

Ebue yanan evin ətrafında olub və özünü olduqca şübhəli aparıb. O, 2017-ci ilin dekabrında verdiyi müsahibədə bildirmişdi ki, həyat yoldaşından ayrılıb.

Məhkəmənin qərarı ilə onun bütün əmlakı həyat yoldaşına verilib. Ebue elə həmin müsahibəsində etiraf etmişdi ki, intihar etməyə yaxın olub.