"Aprel ayında keçirilmiş prezidet seçkiləri bir də onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi tərəqqi və inkişaf yolu ilə, inamla irəliyə aparaq".

Unikal.org  xəbər verir ki, bunu prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Seçkilər şəffaf, ədalətli şəkildə keçirilmişdir və Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratk ölkədir, o ölkədir ki, bu ölkədə bütün azadlıqlar təmin olunur", - Prezident İlham Əliyev vurğulayıb.