Ümid edirəm ki, Ermənistanın yeni hökuməti əvvəlki rəhbərliyin səhvlərini təkrarlamayacaq.

Unikal.org xəbər verir ki, bu barədə prezident İlham Əliyev iyulun 8-də, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda söyləyib.

"Münaqişənin həlli üçün əsas BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunub. Qəbul olunmuş sənədlər Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistanın yeni hökumətinin konstruktiv mövqeyinə ümid edirəm, deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, Ermənistanda 20 il ərzində kriminal və korrupsioner hakimiyyət tam iflasa uğrayıb: "Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən , BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham eləmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir. İndi bunu erməni xalqı deyir.