Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

Unikal.org-un məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə raport verib.

Prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

12:34

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanı Heydər Əliyev hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.

Qeyd edək ki, Türkiyə prezidenti səfər çərçivəsində Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək, daha sonra geniş tərkibdə görüş nəzərdə tutulub. Görüşlərdən sonra ölkə başçılarının mətbuat konfransı gözlənilir.

Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Şimali Kipr Türkiyə Cümhuriyyətinə yola düşməsi planlaşdırılır. 

***
12:02
Türkiyə ölkə başçısı Rəcəb Tayyip Ərdoğan bu gün Azərbaycana səfər edir.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, andiçmə mərasimindən sonra ilk olan Ərdoğan ilk rəsmi səfərini həyata keçirmək üçün "TUR özəl təyyarəsi ilə səhər saatlarında Bakıya yola düşüb.

Türkiyə lideri Bakı səfərindən sonra Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək.