Bu ilin sonunda Yaponiya ilə Azərbaycan xalça satışı üzrə müqavilə imzalayacaq.

Unikal.org-un  məlumatına görə, bunu "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov deyib.

Onun sözlərinə görə, "Azərxalça" ASC-yə xarici ölkələrdən müraciət edən müştərilər kifayət qədərdir: "Hazırda Yaponiya ilə əməkdaşlığa başlanılır. Artıq xalça nümunələri göndərilib və ilin sonunda müqavilə imzalanacaq.