Ölkə başçısı İlham Əliyev "Siyasi partiyalar haqqında qanunda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Unikal.org xəbərə görə, dəyişikliyə görə, qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilib:

"Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır.

Prezident həmçinin "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanunda da dəyişiklik edib.

Dəyişikliyə əsasən, qanunun 2.3-cü maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

"Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağandır.