Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan unikal.org-a verilən məlumata görə, iclasda ATV telekanalı tərəfindən "Televiziya və radio yayımı haqqında qanunun tələblərinin pozulması faktı müzakirə edilib.

ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi "10-dan sonra verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasına xəbərdarlıq elan olunub.