SON XƏBƏRLƏR
20 Avqust 2018
19 Avqust 2018
Firdovsi Umudov pəhləvanlarımızı dünya çempionatına belə hazırlayır - VİDEO
VİDEO 17:43 / 10.07.2018

Oktyabrın 22-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə növbəti dünya çempionatı keçiriləcək.

Unikal.org xəbər verir ki, bu münasibətlə kişilərdən ibarət sərbəst güləş üzrə millimiz iyunun 24-dən iyulun 7-dək Göygöldə təlim-məşq toplanışında olublar.

Sərbəst güləşçilərə milli komandanın baş məşqçisi, federasiyanın vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə məşq keçirilib. Məşqlərdə dünya çempionluğuna əsas namizədlərimiz – Toğrul Əsgərov, Cəbrayıl Həsənov və Hacı Əliyevin güclü məşqi diqqətdən yayınmayıb.

Firdovsi Umudovun da komanda ilə məşqi, idmançılarla birlikdə fənd tətbiq etməsi gözdən yayınmayıb.

30 ildir güləş camiəsində öz sözünü deyən, dünyada (2012-ci ildə) və 3 dəfə Azərbaycanda ilin məşqçisi seçilən F.Umudovun tryukları, gənc və perespektivli güləşçilərlə qurşaq tutması xüsusi diqqət çəkib.

Komandadakı nizam-intizam, güclü məşqlər də diqqətdən yayınmayıb.

Xatırladaq ki, Firdovsi Umudov məşqçilikdən əlavə idmançı kimi də bir çox uğurlara sahibdir. O dəfələrlə Azərbaycan çempionu, gənclərin Avropa Birinciliyinin bürünc, tələbələrin dünya çempionatının gümüş mükafatçısı və dünya kubokunun qalibidir.

2005-ci ildən isə Azərbaycanın sərbəst güləş üzrə milli komandasında məşqçi çalışır. Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçidir. "Şöhrət" ordeni (2012), "Tərəqqi" medalı (2016) ilə təltif edilib. Azərbaycanın (2009, 2012, 2015) və dünyanın (2012) ən yaxşı məşqçisi adına layiq görülüb.