Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 112 m2 olan 4 otaqlı evin bir otağında 1 ədəd divan və 1 ədəd məişət texnikası yanıb, yüksək temperaturdan 1 ədəd məişət texnikası qismən əriyib.Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.