"Yuventusla 4 illik müqavilə bağlayan Kriştiano Ronaldo 9 il çıxış etdiyi "Realın azarkeşlərinə məktub ünvanlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Ronaldo məktubunda azarkeşlərə minnətdarlıq edib:

"Real və Madriddəki bu illər bəlkə də həyatımın ən xoşbəxt dövrü idi. Bu şəhərə, bu azarkeşlərə və bu kluba hədsiz dərəcədə minnətdaram. Burda aldığım sevgi və dəstək üçün hamıya təşəkkür edirəm.

Hesab edirəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də, "Real rəhbərliyindən məni satmalarını xahiş etdim. Bu, mənim qərarımdır və azarkeşlərdən məni başa düşmələrini xahiş edirəm.

Bu, möhtəşəm 9 il idi. Eyni zamanda çox ağır idi. Çünki "Realda tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım zövqü unutmayacam.

"Real mənim və ailəmin ürəyini fəth edib. Çox düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem və "Santyaqo Bernabeu daim mənimlə olacaq. 9 il əvvəl dediyim kimi, "Yaşasın Madrid!