Bakıda yol polisi avtomobili qəzaya uğrayıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə "28 May metrostansiyası yaxınlığında baş verib.

Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 413 dövlət nömrə nişanlı avtomobil "Mercedes markalı, 90 ZX 636 dövlət qeydiyyat nişanlı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.