Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir.

Unikal.org xəbər verir ki, bu gün DÇ-2018-in yarımfinal mərhələsinə yekun vurulacaq.

Sonuncu finalçının adına Xorvatiya - İngiltərə oyununda aydınlıq gələcək.

Xatırladaq ki, ötən gün Belçikanı 1:0 hesabıyla məğlub edən Fransa yığması artıq finala vəsiqəni təmin edib.

DÇ-2018, Yarımfinal

11 iyul

22:00 Xorvatiya - İngiltrərə
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Moskva. "Lujniki stadionu