SON XƏBƏRLƏR
21 Iyul 2018
20 Iyul 2018
Erməni pasportunu dəyişib Azərbaycana gəldi - Gəncəyə getdi... (VİDEO)
VİDEO 16:36 / 11.07.2018
Rusiya və İsrail vətəndaşı, blogger Aleksandr Lapşin Facebook səhifəsində bir video paylaşıb. Bildirilir ki, həmin videonu əslində bir erməni hazırlayıb. Hansı ki, həmin erməni Azərbaycana Belarus pasportu ilə daxil olub.

Unikal.org hafta.az-a istinadən xəbərinə görə, Lapşin öz səhifəsində yazır: "Bu da Azərbaycanı ziyarat edərək Gəncəyə, öz ata-baba evinədək gedib çıxan Belarus pasportlu erməni”. Bundan sonra lapşin ermənilərin Azərbaycana daxil olmasının mümkünsüzlüyünü xatırladır. Qeyd edir ki, bu Belarus pasportli şəxsin erməni olduğunu Azərbaycanda heç kim başa düşməyib və nəticəsi də budur ki, o, Gəncəyədək gedərək ata-baba evindən reportaj hazırlaya bilib.

Yeri gəlmişkən, həmin adam Azərbaycandan qayıtdıqdan sonra Ermənistana, ordan da Qarabağa yollanıb.

Lapşin öz paylaşımında, xislətinə sadiq qalaraq yenə də Azərbaycan xalqının ünvanına xoşagəlməyən ifadələr işlədib.