Xızı rayonunda kütləvi dava olub, xəsarət alanlar var.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şurabat qəsəbəsində baş verib.

Hadisə nəticəsində 2 nəfər - 1986-cı il təvəllüdlü Atakişiyev Elbrus Əbülfəz oğlu və 1990-cı il təvəllüdlü Bayramov Orxan Yusif oğlu bıçaqlanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.