SON XƏBƏRLƏR
20 Sentyabr 2018
19 Sentyabr 2018
“Qarabağ”ın oyununu belə izləyə bilərsiniz - RƏSMİ AÇIQLAMA
İDMAN 19:33 / 11.07.2018
Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Olimpiya” - "Qarabağ” matçı canlı yayımlanacaq. 

Unikal.org  xəbər verir ki, bu barədə məlumatı apasport.az saytına açıqlamasında klubun meneceri Asif Əsgərov verib.

Lyublyanadakı qarşılaşmanı heç bir televiziya kanalı canlı göstərməsə də, Ağdam təmsilçisi yayımı təşkil edəcək. Əsgərov bildirib ki, azarkeşlər matça klubun rəsmi saytı vasitəsilə baxa biləcəklər. O, yayımın keyfiyyətinin yüksək olacağını vurğulayıb.Qeyd edək ki, "Olimpiya” – "Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.