SON XƏBƏRLƏR
23 Sentyabr 2018
22 Sentyabr 2018
Göyçayda niva motosikleti vurdu - FOTOLAR
HADİSƏ 21:10 / 11.07.2018
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 20:00 radələrində Göyçay-Ucar yolunun 2-ci kilometrliyində, Potu kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1990-cı il təvəllüdlü Həsənov Kənan Ramiz oğlu idarə etdiyi 23-BL-732 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən Potu kənd sakini, 1997-ci il təvəllüdlü Əbdülrəhimov Həsən Soltan oğlunun idarə etdiyi motosikleti vurub. Hadisə zamanı Həsən Əbdülrəhimov ağır bədən xəsarətləri aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.