Goranboyda yol qəzası baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki,  hadisə rayonun Faxralı kəndində qeydə alınıb."Mercedes markalı avtomobil hərəkətdə olarkən təkəri partlayıb və maşın yolun kənarına aşıb.Qəza nəticəsində xəsarət alan Musayeva Gülhər xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.