Azərbaycanda ilk federasiyanın yaradıcısı, dünya çempionu, Əməkdar məşqçi, Əməkdar İdman Xadimi Azər Həsənsoyun illər əvvəl çəkilmiş videosu yayılıb.

Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə Azərbaycan Uşu, Azərbaycan Muaytay-Tayboks Federasiyalarının Prezidentinin sanda idman növü üzrə ölkəmizin yeganə dünya çempionu Canpolad Budaqovla məşq prosesi hər kəsin diqqətini çəkib.

Bu görüntülər elə dünya çempionatı öncəsi 1999-cu ildə lentə alınıb.

Digər videoda isə Azer Həsənsoy başqa bir yetirməsi ilə çempionat öncəsi şəhərin mərkəzində məşq edir. Bu görüntülər 2003-cü ildə Çinin Makao şəhərində keçirilən dünya Çempionatı ərəfəsində lentə alınıb. Federasiya prezidenti, əməkdar məşqçi Azər Həsənsoy və İkiqat Avropa çempionu (1998, 2002), 2 qat dünya çempionatı gümüş mükafatçısı (1999, 2003) Rasəf Mehdiyevin şəhərin mərkəzində açıq havada məşq.

Sonuncu görüntü isə A.Həsənsoyun kikboks üzrə 4 qat dünya çempionu Pərviz Abdullayevlə İslam Həmrəylik Oyunları öncəsi güclü məşq prosesi zamanı çəkilib.

Xatırladaq ki, dünya Çempionu Azər Həsənsoy ölkəmizdə federasiyaların yaranmasının bünövrəsini qoyub. Ölkəmizi həm idmançı, həm də məşqçi kimi dəfələrlə xarici ölkələrdə təmsil edib. 90-cı illərin əvvəlində Azərbaycan idmanında çoxsayda yeniliklər gətirib. Dünyaca məşhur k-1 döyüş gecələrini Azərbaycanda ilk keçirən məhz Azər Həsənsoy olub. Belə ki, o 2007-2005-ci illərdə "K1in Azəbaycan üzrə rəsmi nümayəndəsi olub. Və onun 2007-ci ildə keçirdi yarış "K1 üzrə Avropa çempionatının rəsmi seçim turniri idi. Onu sayəsində Azərbaycanda 3 dəfə k-1 döyüş gecəsi təşkil olunub.