FİFA DÇ-2018-in oyunlarını oğurluq yayımladığı üçün "BeoutQ telekanalını məhkəməyə verəcək.

Unikal.org xəbər verir ki, "BeoutQ Qətərin "beİN Sports media-holdinqinin efirini pirat şəkildə Səudiyyə Ərəbistanının ərazisində yayır. FİFA bir müddət əvvəl bununla bağlı narahatlığını bildirmişdi.

Ancaq vəziyyət dəyişməyincə, ali futbol qurumu açıqlama yayaraq, məhkəməyə müraicət edəcəyini bildirib.

FİFA məsələ ilə bağlı Səudiyyə Ərəbistanı hakimiyyətinə də müraciət edib.