18 Oktyabr 2018
“Kediciklərdən sonra Adnan Oktardan ayrıldım” – Elşad Miri (MÜSAHİBƏ)
MÜSAHİBƏ 15:40 / 12.07.2018

Xəbər verdiyimiz kimi, Türkiyədə "Harun Yahya” adı ilə tanınan və özünü ilahiyyatçı adlandıran Adnan Oktar dünən – iyulun 11-də saxlanılıb. A.Oktarla yanaşı, onun 235 tərəfdarı da saxlanılıb. Məlumata əsasən, A.Oktara qarşı cinayət törətmək məqsədilə təşkilat qurmaq, uşaqların cinsi istismarı, seksual xarakterli hücum, azyaşlılarla seksual münasibət, uşağın qaçırılması və ya saxlanması ilə təcavüz, şantaj, insanları öz iradəsinə qarşı olaraq saxlama, siyasi və hərbi casusluq, dini inam və duyğuların istismar edilməsi ilə dələduzluq, sənəd saxtakarlığı, təhdid, insanları hərbi xidmətdən soyutmaq, rüşvət və digər ittihamlar irəli sürülüb.


Məsələ ilə bağlı Adnan Oktarın keçmiş nümayəndəsi, ilahiyyatçı Elşad Miri Unikal.org-a danışıb. O, Adnan Oktarla tanışlığından, vaxtı ilə onunla gördüyü işlərdən danışıb.

-Elşad bəy "Harun Yəhya” ləqəbli Adnan Oktarın ideyalarını təbliğ edənlərdən biri olmusunuz. Dünən Adnan Oktar həbs edildi. Bu barədə nə deyə bilərsiniz?

-Kütləvi İnformasiya Vasitələrindən əldə etdiyim məlumata görə, onun həbsi sırf onun cinayətkar dəstə qurması ilə əlaqəlidir. Yəni onun bu əməlləri ilə bağlı mənim heç bir zaman informasiyam və xəbərim olmayıb. Son günlərdə Türkiyə dövləti sözügedən məsələnin üzərinə gedirsə əgər bildikləri fakt varsa, demək ki, həmin o məlumata əsaslanırlar. Adnan Oktarla tanış olduğum zaman onun yanında nə kedicik deyilən bir anlayışın "k”sı, nə də başqa bir şey var idi. İnanın ki, kediciklərin heç birini tanımıram. Sadəcə olaraq mənim onunla tanış olmağıma səbəb olan "Qurani Kərim” idi. O, bütün kitablarında Quranı əsas götürərək insanlara islam dinini çatdırırdı. Quran möcüzələri adlı kitabları var idi. Mən sözügedən kitabları tərcümə etmişəm. Lakin sonradan onların müəyyən bir mərhələyə keçdiyini gördüyüm üçün təbii ki, uzaqlaşmışam. Adnan Oktar və bir qurup tərəfdarları həbs edildi. Demək ki, bu hadislərin kökündə dərin məsələlər var imişbizim bunlardan xəbərimiz yoxdur. Sadəcə olaraq dövlət bu məsələnin üzərinə gedirsə, demək dövlətin bildiyi məlumatlar var. Bunların detalları məhkəmə ərəfəsində üzə çıxacaq.

-Onun təbliğ elədiyi dinin islamla əlaqəsi var idimi?

-Əvvəlki dövrdə bunun bir mərhələsi var idi. Yəni, mən Adnan Oktarı tanımadan kitablarına aşiq olmuşdum. Onu kitabları vasitəsi ilə tanımışam. Amma, adamın özü heç vaxt marağımda olmayıb. Sadəcə onunla bir neçə dəfə görüşüb, müsahibə almışam və yayımlamışam. Bunun gizli tərəfi heç vaxt olmayıb. Yenə deyirəm, Adnan Oktarın o zamankı anlayışı çox gözəl şəkildə, ancaq islamı təbliğ etmək idi. Təbliğatı islam həqiqətləri, islam qardaşlığı, birlik, bərabərlik anlayışı üzərində qurulmuşdu. Lakin sonradan Harun Yəhya kedicikləri müsahibə verməyə başladıqdan sonra gördüm ki, burada tamamilə fərqli, sanki gizli anlayış var. Mən artıq onlardan uzaqlaşmışdım. Məndən sonra, Azərbaycanda gördüm ki, müəyyən quruplaşmalar var. Onlar Harun Yəhyaya yaxınlaşdılar. Təbii ki, mən onalrı hər zaman kənardan müşahidə etmişəm. Ancaq təəssüflənirdim ki, bunlar artıq burada quruplaşırlar. Həmin qruplaşmaların nəticəsində bir çox hadisələr baş verib. Təbii ki, bunlar da araşdırmadan sonra üzə çıxacaq. Yenə deyirəm, mənim Adnan Oktarın müəllifi olduğu tərcümə etdiyim kitablarda heç bir zaman islama zidd anlayışlar olmayıb. Amma sonrakı mərhələlərdə heç onun kitabları ilə də maraqlanmadım. Sonradan, bu adamın Mehdiliyi, İsa Peyğəmbərin gələcəyi, özü ilə bağlı islama zidd açıqlamaları ilə, insanları bu şəkildə ətrafına yığdığının şahidi oldum. Adnan Oktar onun kimi düşünməyən insanları iki üzlü, münafiq adlandırırdı.

-Kedicikləri tanımadığınızı deyirsiniz. Adnan Oktarla görüşə gedəndə orada kedicikləri görmürdünüz?

-Xeyr. Mən onlarla müsahibəyə, görüşə gedəndə heç bir zaman ətraflarında bu günləri dindən kedicik deyə təqdim olunan şəxslərdən birini də görməmişəm.

-Adnan Oktarın bu gün ölkəmizdə təbliğatçıları var. Onlar Azərbaycanda nə işlə məşğul olurlar? Bildiyimiz qədəri ilə kitablarını da təbliğ edirlər.


-Vallah onlarla bağlı informasiyam yoxdur. Sadəcə olaraq bir şeyi deyə bilərəm ki, onların insanlara təqdim etdiyi din yanlışdır. Ona görə də heç bir zaman sözügedən şəxslərlə münasibətim olmayıb. Onlar məni xoşlamadıqları bir insan kimi təqdim ediblər. Hətta gördüm ki, sosial mediada da əleyhimə kompaniya aparmaq istəyirlər. Mən hamısını bloka atdım.

-Elşad bəy bu günlər də sizin Adnan Oktarla müəyyən bir bağlarınızın olduğu deyilir...

-Bu mümkün deyil. Mənim həmin dövrdən sonra video çıxışlarım var. Heç kim məni Şükürlər olsun kiminləsə də bağlaya bilməz. Yenə deyirəm ki, mən o adamı görməmiş kitablarına vurulmuşdum. Həmin kitablar Azərbaycanının hər yerində var idi. Millət vəkillərində də bu kitablar var idi. Hamı bəh-bəhlə alırdı. Dini Komitə də buna icazə vermişdi. Sadəcə olaraq bu adam sonradan ciddi mənada dəyişdi.

-Hazırda Adnan Oktarın kitabları Azərbaycanda qadağandırmı?

-Vallah dəqiq bilmirəm. Amma düşünürəm ki, bu qadağa olunmamalıdır. Çünki mənim tərcümə etdiyim onun müəllifi olduğu kitablarda qadağa olunacaq bir şey yoxdur. Dinimizin əleyhinə olacaq bir məqam bilmirəm. Lakin Adnan Oktarın sonrakı kitablarını oxumamışam, onlardan xəbərim yoxdur.

Amid Əyyuboğlu