Xorvatiya yığması tarixində ilk dəfə olaraq dünya çempionatının finalında oynayacaq.

Buna qədər Xorvatiyanın ən böyük uğuru DÇ-1998-də qazanılan bürünc medal olub. 

Unikal.org xəbər verir ki, Xorvatiya Futbol İttifaqı DÇ-1998-də bürünc medal qazanmış yığmanın bütün üzvlərini final oyununa dəvət edib.

Qeyd edək ki, Xorvatiya DÇ-1998-in yarımfinalında məhz indi finalda qarşılaşacağı Fransaya məğlub olmuşdu - 1:2. Fransa finalda Braziliyaya 3:0 hesabı ilə qalib gələrək, çempionluğu qazanmışdı. Xorvatiya isə 3-cü yer uğrunda görüşdə Hollandiyanı məğlub etmişdi - 2:1.

Final oyunu iyulun 15-də Moskvada keçiriləcək.