"Romanın müdafiəçisi Kostas Manolas Kriştiano Ronaldonun "Yuventusa transferi ilə bağlı fikirlərini bildirib.

Unikal.org xəbər verir ki, yunan futbolçu Ronaldodan çəkinmədiyini və tezliklə onunla qarşılaşacağını deyib. Manolas İspaniyanın "As nəşrinə açıqlamasında bunları deyib:

"Ronaldo? Mən onun haqqında düşünmürəm. Biz tezliklə meydanda görüşəcəyik. Ronaldo planetin ən güclü futbolçusudur. Ancaq mən ondan qorxmuram.

Kriştiano Ronaldo bir necə gün əvvəl 105 milyon avro qarşılığında "Realdan "Yuventus"a transfer edilib.