PSJ-nin futbolçusu Edison Kavaninin "Napoliyə qayıtmaq istədiyi barədə məlumat yayılıb.

Unikal.org xəbər verir ki, "Napolinin prezidenti Aurelio De Laurentis bu məsələyə münasibət bildirib. O, işarə edib ki, uruqvaylı hücumçu sabiq klubuna qayıtmaq üçün məvacibinin azaldılmasına razı olmalıdır:

"Kavani? O, 10 ayda 20 milyon avro qazanır. Titul qazanmaq üçün heyətdə cəmi bir futbolçunun olması bəs etmir. Bizdə Qonsalo İquayn də vardı. İkiqat artıq qazanmaq üçün klubu tərk etdi.

Kavanidə mənim nömrəm var. Qayıtmaq istəyirsə, qoy mənə zəng etsin, məvacibinin aşağı salınmasına razılaşsın. Ondan sonra PSJ rəhbərliyi ilə əlaqə saxlayaram. Bilirəm ki, qayıtmaq istəyir.