"Çelsinin yeni baş məşqçisi rəsmən açıqlanıb.

Unikal.org xəbər verir ki, "Napoli"dən ayrılan Mauritsio Sarri London klubu ilə müqavilə bağlayıb. İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 59 yaşlı çalışdırıcının illik məvacibi 6 milyon avro olacaq.

"Çelsi"nin keçmiş futbolçusu Canfranko Zola Sarrinin köməkçisi olacaq.

Sarri "zadəganların "sükanı arxasında Antonio Konteni əvəz edib.