"Yuventusun yeni transferi Kriştiano Ronaldonun təqdimat mərasimi qapalı olacaq.

Unikal.org xəbər verir ki, "Yuve portuqal futbolçunu iyulun 16-da ictimaiyyətə təqdim edəcək. Ancaq nədənsə, Turin nəhəngi təmtəraqlı təqdimat mərasimi keçirməyəcək.

Ronaldonun təqdimatı azarkeşlər üçün qapalı olacaq. O, tibbi müayinədən keçəcək, daha sonra isə mətbuat konfransında iştirak edəcək.