"Mançester Sitinin baş məşqçisi Xosep Qvardiola restoran biznesində də uğur qazanmaq istəyir.

Unikal.org xəbər verir ki, Qvardiola Mançesterdə Kataloniya mətbəxini təqdim edəcək restoran açıb. Pep restorana "Tast Cuina Catalana" adını verib.

Üçmərtəbəli restoranda bar və Kataloniya yeməklərini nümayiş etdirən açıq mətbəx də fəaliyyət göstərəcək. Restoranın baş aşpazı da Kataloniyadan dəvət edilib.