"Gəncədə baş verən hadisələr dövlətçilik əleyhinə törədilmiş cinayətdir. Bu hadisələr ölkənin sabitliyinə, inkişafına qarşı yönələn məkrli plandır.

Bunu  unikal.org-a açıqlamasında deputat Cavid Osmanov deyib.

Millət vəkili bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına edilmiş sui-qəsd terror hadisəsidir:

"Heç bir dövlət bu cür mənfi hadisələrdən sığortalanmayıb. Gəncədəki hadisələr Azərbaycanın qüdrətinə kölgə sala bilməz. Azərbaycan dövləti kifayət qədər güclüdür, hər şey hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Azərbaycan xalqı belə insanlara heç bir dəstək vermir və nifrətini bildirir. Ölkəmiz dünya məkanında sabit ölkələrdən biridir və sabitliyi pozmaq istəyənlər buna nail ola bilməyəcəklər. Çünki xalq dövlətin yanındadır. Azərbaycan xalqı hər zaman terroru lənətləyir.