Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Unikal.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, telefon danışığı zamanı prezidentlər beynəlxalq gündəmdə olan məsələlərə, o cümlədən Suriya münaqişəsinin həlli istiqamətində birgə səylərə dair fikir mübadiləsi aparıblar.

Ərdoğan və Putin iyulun 25-27-də Yohannesburqda BRHÇS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) sammitində üz-üzə görüşmək barədə qərar qəbul ediblər.