Binəqədi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Unikal.org-un xəbərinə görə, hadisə Sulutəpə qəsəbəsində baş verib.

Belə ki, 1996-ci Rəvan Qasımov yaşadığı evin yaxınlığında küçədə yüksək səslə söyüldüyünə görə tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı o bədənin müxtəlif nahiyələrindən bıçaqlanıb.

Yaralı orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.