ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dahi şəxsiyyət adlandırıb. 

Unikal.org "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, D.Tramp bunu Britaniyanın "Daily Mail nəşrinə müsahibəsində deyib.

"Mən onunla çox yaxşı yola gedirəm. O çox ağıllıdır, dahi şəxsiyyətdir. Çox şən adamdır və sərtdir, danışıqlar aparmağı yaxşı bacarır, - deyə Tramp qeyd edib.

"Son 9 ay ərzində Şimali Koreyada nə ballistik, nə də nüvə sınaqları keçirilib, - deyə D.Tramp əlavə edib.