Sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində gur hərəkətin olduğu tuneli bağlayaraq, bir dəstə gəncin dəlisov əyləncəsini əks etdirən video yayımlanıb.

Unikal.org xəbər verir ki, çox bahalı avtomobillərdən düşmüş gənclər, toy karvanı ilə tuneldəki yolu kəsərək, rəqs ediblər və birbaşa yolun ortasında atəşfəşanlıq təşkil ediblər.

Yolda nəhəng tıxac yaransa da, gənclər şənliklərini davam etdiriblər və faktiki olaraq, prospektdə hərəkəti iflic halına salıblar. Kadrlarda tunelin girişində gözləmək məcburiyyətində qalmış onlarla avtomobil görünür.

Gənclərin şəxsiyyəti barədə heç bir məlumat yoxdur, lakin bildirilir ki, bunlar öz dostlarının toyunda bu cür əylənmək fikrinə düşmüş məmur balalarıdır.

Yeri gəlmişkən, yol polisi əməkdaşlarının baş verənlərə müdaxilə etməməsi və yol hərəkəti qaydalarının bu cür kobud şəkildə pozulmasının qarşısını almaması da həmin versiyanı yalnız təsdiq edir.